Azərbaycanda viza rəsmiləşdirilməsi üçün nota verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur.
realpress.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.
Qanun layihəsinə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün nota verilməsinə görə dövlət rüsumu ləğv olunur.
Hazırda sözügedən rüsum 4 manat təşkil edir.
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.