Rəqəmli təsvirlər metabolit molekullarında saxlanılıb

Rəqəmli təsvirlər metabolit molekullarında saxlanılıb
08 İyul 2019 09:47

ABŞ-ın Braun Universitetinin mütəxəssisləri rəqəmli təsvirləri metabolit molekullarında saxlamağa nail olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, maqnit daşıyıcıları hesablama texnikası sahəsində ən səmərəli məlumat daşıyıcıları hesab olunur. Ancaq 2016-cı ildə “Microsoft” şirkəti informasiyanın saxlanılması vasitəsi kimi dezoksiribinuklein turşusundan (DNT) istifadəyə əsaslanan təcrübə keçirməyə başlayıb. İndi Braun Universitetinin alimləri rəqəmli məlumatların süni metabolomlarda (şəkər və aminturşulardan ibarət olan maye) saxlanılmasına nail olublar. Tutumu 2 KB-dək olan rəqəmli təsvirlər xüsusi hazırlanmış metabolit məhlullarında saxlanılıb. Hər bir metabolom 6-dan 12-dək bit məlumat saxlamaq qabiliyyətinə malikdir. Metal lövhələrdə yerləşdirilmiş kiçik ölçülü damcılar qurudulmaq üçün nəzərdə tutulub, bundan sonra məlumatlar mass-spektrometrin tətbiqi ilə oxunulub.
 
Yeni metod hələ ki terabaytlıq məlumatlar üzərində əməliyyat apara bilmir, amma mütəxəssislər onu informasiyanın saxlanılması üçün çox perspektivli hesab edirlər.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.