III Dünya müharibəsinin ssenarisi açıqlandı

III Dünya müharibəsinin ssenarisi açıqlandı
05 İyul 2019 14:44


ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn III Dünya müharibəsinin başlama ssenarisini açıqlayıb.

Rossiyskaya qazeta” xəbər verir ki, general D.Qoldfeyn Birləşmiş Ştatlara qarşı nüvə hücumu ehtimalına cavab olaraq fəaliyyət planının mövcud olduğunu deyib:

“Nüvə ölkəsi ilə müharibə başlasa, ofisimdəki qırmızı telefonda üç qırmızı işıq yanacaq. İlk olaraq NATO-nun Avropadakı qüvvələrinin Ali Baş Komandanı general Tod Volters zəng edəcək. O, hücuma qarşı mübarizə aparmaq üçün nə lazım olduğunu soruşacaq. ABŞ və NATO-nun qırıcıları, bombardmançı təyyarələri, kosmik və kiber qoşunları, xüsusi əməliyyat qüvvələri eyni vaxtda kütləvi əks-hücuma başlayacaqlar”.

D.Qoldfeynin sözlərinə görə, ikinci zəngi NORAD və ABŞ-ın raket əleyhinə müdafiə komandanına olacaq:

“Onun sərəncamında GBI raketləri var, raketlərin buraxılış şaxtaları Alyaska və Kaliforniyada yerləşir. NORAD-ın bütün gücü kosmosda düşmənin ballistik raketlərinin axtarışına cəlb ediləcək”.

General sonda qeyd edib ki, yekun mərhələdə atom sualtı qayıqları işə salınacaq. Onlar suyun altından dağıdıcı yaylım atəşi açacaqlar.

18 Okt 2019
Dünya

MMA döyüşçüsü 29 saniyədə rəqibini nokauta saldı - VİDEO

MMA döyüşçüsü 29 saniyədə rəqibini nokauta saldı - VİDEO

18 Okt 2019
Dünya

Bütün dünya Trampın bu görüntülərindən danışır: İtalyan tərcüməçi ŞOKA DÜŞDÜ

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliya prezidenti Serxio Mattarella ilə birgə mətbuat konfransı keçirib. 

18 Okt 2019
Dünya

Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu

Astronomlar Saturnun 20 yeni peykini kəşf ediblər ki, bu da qaz nəhəngini Günəş sistemində məlum peyklərin sayına görə çempion edib (əvvəllər Yupiter idi).