"Viktoriya" ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Realpress.az fanat.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.
İyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Partizani" ilə oyunda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması həkimlərin son qərarından sonra müəyyənləşəcək.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.