Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO

Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO
05 İyul 2019 11:46


Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşmış təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov ölkəmizin diplomatik xidmət orqanlarının yaranması tarixindən və qısa müddətdə gördüyü işlərdən danışıb.

O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.


16 Okt 2019
Siyasət

YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi - FOTO

5 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə YAP fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə "Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

16 Okt 2019
Siyasət

Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarılıb.

16 Okt 2019
Siyasət

Bütün dünyanın türkləri, birləşin...

Bakı türk ulusunun nəbzinin vurduğu, qəlbinin döyündüyü məkan oldu. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. "Zirvə" və "Görüş" kəlmələri "Türk Keneşi" adlanan bu strukturun diplomatik, siyasi, geosiyasi, strateji və s. baxımdan önəmini tam əks etdirmir.