Bu marketlərdə yeni kassa aparatları quraşdırılır - SİYAHI

Bu marketlərdə yeni kassa aparatları quraşdırılır - SİYAHI
04 İyul 2019 17:15


Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

Vergilər Nazirliyinin məlumatına görə, bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə - “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrində quraşdırılır.

Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Hazırda Bakıda iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının nazirliyin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması prosesi gedir.

16 Okt 2019
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

15 Okt 2019
İqtisadiyyat

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

14 Okt 2019
İqtisadiyyat

2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.