Nərimanovda 26 yaşlı gənci bıçaqladılar

Nərimanovda 26 yaşlı gənci bıçaqladılar
04 İyul 2019 09:19


Bakıda 26 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.

Realpress.az xəbər verir ki, Nərimanov rayonunda yerləşən “Azenco” binalarının qarşısında 1993-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Ələsgər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralını taksi sürücüsü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Ona bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.