UŞAQLARDA TƏR SULUQLARI PROBLEMİ VƏ YAYDA DƏRİYƏ QULLUQ XÜSUSİYYƏTLƏRİ.

UŞAQLARDA TƏR SULUQLARI PROBLEMİ VƏ YAYDA DƏRİYƏ QULLUQ XÜSUSİYYƏTLƏRİ.
01 İyul 2019 17:31

UŞAQLARDA TƏR SULUQLARI PROBLEMİ VƏ YAYDA DƏRİYƏ QULLUQ XÜSUSİYYƏTLƏRİ.Tər suluqları – yüksək tərləmə nəticəsində əmələ gəlmiş dəri xəstəliyidir. Tər suluqlarına əsasən yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda rast gəlinir.Tər suluqlarının yaranmasının və yayılmasının əsas səbəbləri. Yayda müşahidə olunan yüksək temperatur uşaqlarda tərləmənin artmasına səbəb olur ki, bu zaman tər suluqlarının əmələ gəlmə ehtimalı yüksəkdir. Uşaqlarda gigiyenik prosedurların müntəzəm aparma imkanının olmaması, dəriyə yüksək temperaturun təsiri və dəri örtüyün tam formalaşmaması, uşaq bezlərinin və əskilərinin, həmçinin yağlı kremlərin istifadəsi, müxtəlif infeksion xəstəliklər tər suluqlarının əmələ gəlməsinin əsas səbəbləridir. Tər vəziləri tutulurlar və qıcıqlanma başlayır.Tər suluqlarının formaları və əsas simptomları. Tər suluqlarının dərin, qırmızı və kristallik növləri mövcuddur. Dərin tər suluqu ən yayılmışı hesab olunur. Onun səbəbləri aradan qaldırlıdıqdan sonra tez keçib gedir. Adətən əllər üzərində qızartısız və qaşınmayan kiçik suluqlar əmələ gəlir. Qırmızı tər suluqu bir ləkəyə birləşməyən, qaşınan düyünlərdən ibarətdir. Onlara toxunma uşaqlarda diskomfort yaradır. Bu növ tər suluqu əsasən qasıq, sağrı və qotuqaltı nahiyələrdə qeydə alınır. Kristallik tər suluqu ağ, iri, bir ləkəyə toplanan suluqlardı. Paltarla təmas zamanı onlar partlayırlar. Sonra həmin nahiyədə dəridə qabıqlar əmələ gəlir. Əsasən çiyin, bel və üzdə müşahidə olunur.Tər suluqlarının verə biləcəyi əsas ağırlaşmalar. Tər suluqları müalicə tələb edir. Prosesə diqqət yetirilməsə partlayan suluqlar nəticəsində əmələ gəlmiş mikroskopik yaralara infeksiya keçə bilər.Tər suluqlarının müalicə və profilaktikası yolları. Tər suluqlarının qarşısının alınmasının birinci yolu uşaqlar olan otaqda komfortlu temperatur rejiminin yaradılması və uşaqların dərisinə düzgün gigiyenik qulluğun aparılmasıdır. Uşaqları çox isti geyindirmək olmaz, bir neçə saatlıq onları bezsiz saxlamaq lazımdır. Səpkilərin əmələ gəlməsi zamanı dərini qurudan xüsusi krem və məlhəmlər, uşaq pudarsı, talk istifadə olunmalıdır. Tər suluqlarının bir müalicə üsulu da müxtəlif bitkilərin və təbii maddələrin əlavə olunması ilə uşaqlar tərəfindən vanna qəbul etməsidir.Yay mövsümündə uşaqların dərisinə qulluq xüsusiyyətləri. Uşaqları daha tez-tez çimizdirin. Uşaqları arada-bir paltarsız saxlayın. Çimmədən və hava vannalarının qəbulundan sonra uşaqların dərisini, əsasən də büküş yerləri yüngül uşaq südü və kremi ilə işləyin. Gün ərzində uşağın üzünü qazsız mineral su ilə isladılmış pambıq tomponlar və ya disklər ilə silmək lazımdır, və ya həmin tərkibli spreylə işləmək olar. Burun tıxanıqlığı vaxtında təmizlənməlidir. Hər tualetə getdikdən sonra uşağı yumaq lazımdır və ya ən azı sulu salfetlərlə silmək lazımdır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.