Dünya çempionunun düşdüyü qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

Dünya çempionunun düşdüyü qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO
01 İyul 2019 09:51

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun hadisə yerindən görüntüləri yayımlanıb.

Realpress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladov ağır yaralı halda görüntülənib.

Qeyd edək ki, iyulun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.

İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb.

F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib. 
























16 Okt 2019
İdman

“Liverpul”un futbolçusu bu göstəricisi ilə Ginnesin Rekordlar kitabına düşdü

“Liverpul”un futbolçusu bu göstəricisi ilə Ginnesin Rekordlar kitabına düşdü

16 Okt 2019
İdman

Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO

Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO

15 Okt 2019
İdman

Ronaldudan 700-cü qol

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasının 700-cü qolunu vurub.