Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı

Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı
20 İyun 2019 12:54

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Realpress.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. 

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Sabunçu rayonunda baş verib. Ramana qəsəbə sakini, 19 yaşlı Günel Hüseynova atası, 49 yaşlı İlham Hüseynovu ailə-məişət münaqişəsi zəminində bıçaqlayıb.

Üç bıçaq xəsrəti alan yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində İlham Hüseynovun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Günel Hüseynova saxlanılıb.
O atasını evə daim sərxoş vəziyyətdə gəldiyini bildirib.

Bu səbəbdən evdə soz-söhbət olub.

Hadisə baş verən günü də İlham evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.