Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi - VİDEO

Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi - VİDEO
18 İyun 2019 11:48


Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Çindəki rəsmi nümayəndəsinin müavini Moskvada taksi sürücüsü tərəfindən qarət olunub.

Bu barədə Life.ru yerli hüquq-mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

Belə ki, zərərçəkən vətənində keçirdiyi məzuniyyətin başa çatması ilə əlaqədar Çinə geri dönməyi planlaşdırıb. İyunun 14-də səhər tezdən taksi tutub. Müşahidə kamerasına düşmüş görüntüdə onun taksiyə mindiyini görmək olur. İki saatlıq yoldan sonra polkovnik-leytenantın halı pisləşib, burnundan qan açılıb.

Taksi sürücüsü ona maşından düşməyi təklif edib və üzünü yumağa kömək edib. Ancaq üzünü təmizlədikdən sonra sürücü onu yolun kənarında tərk edib.

Maşında sərnişinin bir neçə bank kartı, sənədləri (Rusiya pasportu və Çində yaşamaq icazəsi) və hədiyyələri qalıb. DİN-in yüksək çinli zabiti hadisə ilə bağlı polisə şikayət edib. Taksi sürücüsü tapılaraq saxlanılıb. Onun 59 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Sürücü polisə verdiyi ifadədə bu əməlini ağır maddi vəziyyəti ilə izah edib. O, sərnişinin sənədlərini zibil yeşiyinə atıb. Həmçinin, bəzi əşyaları yolda olan səfilə verdiyini bildirib. Onların heç birini tapmaq mümkün olmayıb. Polkovnik-leytenantın “iPad”ini isə özünə götürüb.

DİN zabiti hazırda sənədlərinin yenidən hazırlanması ilə məşğuldur. Azərbaycanlı taksi sürücüsü isə ölkəni tərk etməmə barədə iltizamnamənin alınmasından sonra şərti azad edilib.

16 Okt 2019
Kriminal

Fədayə Laçınla birlikdə həbs olunan polkovnik azadlığa buraxıldı

Fədayə Laçınla birlikdə həbs olunan polkovnik azadlığa buraxıldı

16 Okt 2019
Kriminal

Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi

Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi

12 Okt 2019
Kriminal

Kiyevdə öldürülən Cavid tanınmış ailədən imiş - FOTO

Oktyabrın 6-da Kiyevdə vəhşicəsinə öldürülən 23 yaşlı Cavid Hacıyevin məşhur nəslin nümayəndəsi olduğu məlum olub.

11 Okt 2019
Kriminal

Azərbaycanda daha bir cinayət: tərk edilməklə barışa bilməyən kişi gənc qadını öldürdü

Azərbaycanda daha bir cinayət: tərk edilməklə barışa bilməyən kişi gənc qadını öldürdü