Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO

Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO
12 İyun 2019 16:23

Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.

Realpress.az avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.

Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.


15 Sent 2019
Cəmiyyət

Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

14 Sent 2019
Cəmiyyət

Bakı metrosunda interval 2 dəqiqəyə düşdü

Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

14 Sent 2019
Cəmiyyət

İspaniyada DƏHŞƏTLİ mənzərə - Şəhər su altında qaldı - VİDEO

İspaniyanın Orihuela şəhərində güclü leysan yağışından sonra sel yaranıb.

14 Sent 2019
Cəmiyyət

Bakıda 6,3 milyonluq yolun açılışı oldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.