Azərbaycanda "təcili yardım"ın qadın həkimlərinə dəmir parçası ilə hücum etdilər - FOTO

Azərbaycanda "təcili yardım"ın qadın həkimlərinə dəmir parçası ilə hücum etdilər - FOTO
12 İyun 2019 15:42

Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.

Realpress.az virtualaz.org-a istinadən xəbər verir ki, döyülənlərdən biri - Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisənin bu gün saat 8:45-də baş verdiyini deyib:

"Qaradəmirçi kəndinə çağırış oldu. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: “Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı”.


Ölən şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. “Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər”, -tibb bacısı deyib.


Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: “Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi”.


33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. “Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?”


Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. “Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı...”

 
B

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.