AFFA-da təcili iclas: Baş məqşçi hesabat verdi

AFFA-da təcili iclas: Baş məqşçi hesabat verdi
12 İyun 2019 11:48


Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan-Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Bununla bağlı AFFA-nın rəsmi saytında məlumat verilib.

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

1 İyul 2020
İdman

“Zadəganlar”ın yeni mövsüm üçün forması - FOTO

İngiltərənin “Çelsi” futbol klubu 2020/2021-ci illər mövsümü üçün yeni formasını təqdim edib.

1 İyul 2020
İdman

Bakıdakı yarış üçün hazırlanmış medallar İsveçdə təqdim oluna bilər

Bu ilin martında Bakıda keçirilməli olan, lakin koronavirus pandemiyasına görə ləğv olunan karate üzrə Avropa çempionatının medalları xatirə kimi təqdim olunacaq.

1 İyul 2020
İdman

Maradona İspaniya millisinin baş məşqçisi olmağa yaxındır

Əfsanəvi argentinalı futbolçu, hazırda “Ximnasiya i Esqrima” klubunu çalışdıran Dieqo Armando Maradona İspaniya milli komandasının baş məşqçisi ola bilər.

1 İyul 2020
İdman

Azərbaycanda daha bir yarışın dayandırılması qərara alındı - RƏSMİ

Bu gün Azərbaycan Futzal Federasiyası (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.