Misirdə Nəsiminin Azərbaycan dilində əlyazmaları tapıldı

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazmaları tapıldı
12 İyun 2019 10:10


Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmaları ortaya çıxarılıb. 

Realpress.az-ın məlumatına görə, əlyazmalar “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun apardığı tədqiqatlar əsasında aşkarlanıb. 

Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.

Azərbaycan dilində olan əlyazmanın üzərində “Nəsimi Külliyyatı” yazılıb. Bu külliyyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubundadır. Arasında qəzəl də var. Nəsrlər isə, əsasən, öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir. 


Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə, şeirlərdən ibarətdir. Adı “Divan-i Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 sm və sayı 86-dır. 

Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.

Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.

6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.