Bu qidalar xərçəng hüceyrələrini öldürür

Bu qidalar xərçəng hüceyrələrini öldürür
11 İyun 2019 17:18

Bütün dünyada ürək-damar xəstəliklərindən sonra 2-ci ən yayılmış ölüm səbəbi onkoloji xəstəliklərdir. Mütəxəssislər qeyd edir ki, ildən ilə xərçəngə tutulan insanların sayı getdikcə artır və həmçinin xəstəlik dayanmadan "cavanlaşır".

Onkoloji xəstəliyin profilaktikasında düzgün qidalanma çox böyük rol oynayır. Bəzi məhsullar var ki, onlar tibb tərəfindən təsdiq olunmuş xərçəng əleyhinə təsirə malikdir. Saglamolun.az sizi bu məhsullarla tanış edir.

1. Kələm (ağ, qırmızı, brokkoli, gül kələmi və s.)

İstənilən kələm növləri güclü xərçəng əleyhinə təsirə malikdir. Mütəxəssislər kələmi mümkün qədər çiy və ya az termik emaldan sonra istehlak etməyi tövsiyə edirlər.

2. Pomidor

Likopin maddəsi sayəsində pomidor ürək-damar sistemimizi qoruyur və həmçinin xərçəngin qarşısını alır.

Pomidorda olan likopinin miqdarı termik emaldan sonra daha da artır. Bu səbəbdən mütəxəssislər pomidoru daha çox çiy deyil, pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər.

3. Sarıkök

Bu möcüzəli ədviyyatın güclü xərçəng əleyhinə xüsusiyyətləri var.

Sarıkökün orqanizmə olan təsirini daha da artırmaq üçün onu yeməyə hazır olana yaxın əlavə etmək lazımdır.

Qara istiot sarıkökün xərçəng əleyhinə təsirini daha da artırır ki, qida mütəxəssisləri bu 2 ədviyyatı birlikdə istifadə etməyi tövsiyə edirlər.

4. Soğan və sarımsaq

Bu 2 tərəvəz orqanizmə güclü detoks kimi təsir edir, iltihabları azaldır, immun sistemini gücləndirir ki, bunun nəticəsində xərçəngin riski də azalır.

5. Qaragilə

Giləmeyvələr arasında sağlamlıq üçün ən faydalı sayılır. Qaragilənin xərçəng əleyhinə xüsusiyyəti tibdə çoxdan təsdiq olunub.

6. Zeytun yağı

Dünyada sağlamlıq üçün ən faydalı məhsullardan biri sayılır. Zeytun yağı antioksidantlarla zəngin olduğundan bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini də azaldır.

7. Çay

Həm qara, həm də yaşıl çay polifenol maddələri ilə zəngindir. Bu maddələrin güclü xərçəng əleyhinə təsiri var.

Realpress.az


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Alimlər siçovulun onurğa beynindən və süni əzələlərdən biorobot yaratdılar - FOTO

ABŞ neyrofizioloqları siçovulların onurğa beyni ilə süni şəkildə böyüdülmüş əzələlərin bir parçasını birləşdirib, onları idarə etməyi öyrənərək “biorobot“un prototipini yaradıblar.