Assanjın həbsdən ilk VİDEOsu yayıldı

Assanjın həbsdən ilk VİDEOsu yayıldı
08 İyun 2019 13:21

Bu ilin aprelində Ekvadorun Londondakı səfirliyində saxlanılan "WikiLeaks" portalının qurucusu Julian Assanjın Londonun Belmarş həbsxanasından ilk videogörüntüləri yayılıb.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri özünü jurnalistin tərəfdarı kimi təqdim edən və adını açıqlamayan digər məhkum gizli çəkərək "Ruptly" videoagentliyinə göndərib. 

Görüntülərdə Assanjın digər məhkumlarla söhbət etdiyi, əhvalının yaxşı olduğu görünür.

Xatırladaq ki, Assanj "WikiLeaks"də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan başqa, jurnalistin ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir


22 Apr 2024
Dünya

Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

22 Apr 2024
Dünya

Çindən gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq

Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir

22 Apr 2024
Dünya

Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib.

22 Apr 2024
Dünya

Tacikistan Prezidenti İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb

Tacikistan prezidenti Emoməli Rəhmon İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb.

22 Apr 2024
Dünya

İran prezidenti Pakistana getdi

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.