“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı
05 İyun 2019 23:48


Alman rəssam Paul fon Frankenin “Bakının Qız qalası” əsəri Londonda Sotheby’s hərracında 225 min funt sterlinqə satılıb.

realpress.az-ın məlumatına görə, əsərin başlanğıc qiyməti 60 min funt sterlinq olsa da, əqd zamanı qiyməti 3,75 dəfə yüksəlib. Şəklin alıcısı naməlumdur.

Bu Azərbaycana həsr olunan və məşhur Sotheby’s hərracında satılan ilk lot deyil. Müxtəlif illərdə bu hərracda Azərbaycana aid xalılar, heykəlciklər və digər sənət əsərləri satılıb.

Alman rəssam Paul fon Franken Qafqazı tərənnüm edən rəssam kimi tanınır. Onun 1853-1862-ci illərdə Qafqaza səfəri bir çox rəngkarlıq əsərlərinin yaranması ilə nəticələnib.

Son romantiklər nəslinin nümayəndəsi olan Frankeni Yaxın Şərqin ekzotik gözəlliyi cəlb edirdi. Rəssam bu əsərdə tarixi dəqiqliyi əks etdirməyə özünə məqsəd qoymamışdı, Şərqin sirli atmosferini təsvir etməyə çalışmışdı. 

Əsirlər boyu əfsanə və nağılların baş qəhrəmanı olan Qız qalası rəssamın da marağını cəlb edib və o dəniz sahilindəki bu möhtəşəm gözəlliyi xəyal dünyasından süzərək, ay işığının fonunda təsvir edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.