“Çelsi”-“Arsenal” oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq

“Çelsi”-“Arsenal” oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq
29 May 2019 16:40

Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq.

Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoİP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.


21 Sent 2019
İdman

İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı - YENİLƏNİB

İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı - YENİLƏNİB

20 Sent 2019
İdman

Daha 4 güləşçimizdən DÇ-də uğursuz çıxış

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

20 Sent 2019
İdman

Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı sülh bağladı - YENİLƏNİB

Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı sülh bağladı - YENİLƏNİB

20 Sent 2019
İdman

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO