Bakı-Tbilisi-Qars sərnişin qatarının işə başlayacağı tarix məlum oldu

Bakı-Tbilisi-Qars sərnişin qatarının işə başlayacağı tarix məlum oldu
27 May 2019 09:41

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq".

Realpress.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

C.Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

“Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub.

Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.