Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə

Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə
25 May 2019 11:09


Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib. Cinayət qurbanı 47 yaşlı kişidir.

Bu haqda realpress.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 24-ə keçən gecə törədilib. Təxminən 08:00 radələrində Koroğlu Rəhimov küçəsində fəaliyyət göstərən kafedə, orada işləyən Naxçıvanın Şərur rayon sakini Sadıqov Zahid Yaqub oğlunun meyiti tapılıb.   

Patoloqoanatomlar qurbanın baş nahiyəsində şüşə əşya ilə endirilmiş zərbələr nəticəsində meydana gələn kəsici yaralar, boyun nayihəsində isə əllə boğma nəticəsində meydana gələn stranqulasiya şırımı aşkarlayıb.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində rayonun 5-ci polis bölməsinin əməkdaşları kafenin başqa işçisi, 21 yaşlı Laçın rayon sakini Hüseynov Əmrah Xəyal oğlunu saxlayıb.

İlkin dindirilmə zaman A.Hüseynov deyib ki, onunla Z.Sadıqov arasında kimin qabları yumalı olduğu ilə bağlı mübahisə düşüb. Heç bir tərəf güzəştə getməyib və tezliklə mübahisə davaya çevrilərək, faciəvi şəkildə başa çatıb. Ə.Hüseynov K.Saqıqovu boğaraq öldürüb.

Fakt üzrə cinayət işi açılıb, istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edk ki, mayın 24-nə keçən gecə həmin rayonda başqa bir qətl hadisəsi də qeydə alınıb. 59 yaşlı Xələfov Şamil Şəristan oğlu qaldığı evdə yatan vəziyyətdə qətlə yetirilib.


31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.