Ukraynanın eks-prezidenti Petro Poroşenko barədə cinayət işi açılıb.
Realpress.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat açıqlayıb.
Məlumata görə, Poroşenko xəyanətdə ittiham edilib. Belə ki, onun ötən ilin 25 noyabrında Kerç boğazında Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən saxlanılması və 22 dənizçinin həbs edilməsinə səbəb olduğu qeyd olunub.
Buna görə də sabiq prezident barəsində “Konstitusiion sistemi zorla dəyişdirmək və ya devirmək” və “Xəyanət” maddələri ilə cinayət işi açılıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.