Ər hamilə arvadının bətnindəki körpəni bıçaqla öldürdü – Azərbaycanda dəhşət

Ər hamilə arvadının bətnindəki körpəni bıçaqla öldürdü – Azərbaycanda dəhşət
17 May 2019 09:35

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Realpress.az ONA-ya istinadən xəbər verir ki, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. 

Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.