ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb

ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb
15 May 2019 15:37

ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb.

Realpress.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə Federal Mərkəzin yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir.

İnfeksiyanın yayılma mənbəyi kimi dükanlarda satılan mal ətindən hazırlanmış farş göstərilir. Bununla əlaqədar olaraq ticarət şəbəkələrindən 75,5 ton mal əti yığışdırılıb.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.