Tanınmış kardioloqdan oruc tutanlara xəbərdarlıq – Yemək qaydaları

Tanınmış kardioloqdan oruc tutanlara xəbərdarlıq – Yemək qaydaları
15 May 2019 12:14

Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər.

Türkiyənin məşhur kardioloqu Aydın Mustafa Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq edib.

Medicina.az bildirir ki, oruc tutmaq insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir.

Amma bununla yanaşı bir sıra priblemlərin meydana çıxması da mümkündür: "Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidirlər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda imsaq və iftarda çox duzlu yemək qəbul etmək olmaz. Bu, ürək, qan-damar xəstəliklərinə səbəb ola bilər. Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkməyin də ürəyə çox böyük ziyanı ola bilər. İftar ilə imsaq arasında olan vaxtda kifayət qədər maye qəbul edilməlidir. İftar zamanı yeməkləri aramla və qısa məsafələr verməklə yemək lazımdır".

O bildirib ki, imsaqda sulu və lifli qidalara üstünlük vermək lazımdır. Belə qidalar uzun müddət tox saxlayır.

Kardioloq onu da əlavə edib ki, ürək, qan-damar xəstəliyi olan xəstələr həkimləri ilə məsləhətləşdikdən sonra oruc tuta bilərlər. Əks halda onların səhhətində problem yarana bilər.


20 Sent 2019
Siyasət

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

20 Sent 2019
Siyasət

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

20 Sent 2019
Siyasət

5 bölməyə yeni rəis müavini təyin edildi

Paytaxın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.

19 Sent 2019
Siyasət

Mövqelərimiz snayperlərlə atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.