Nəsimi İlinə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək

Nəsimi İlinə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək
24 Apr 2019 16:58

Mayın 25-də “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.

Realpress.az istinadla bildirir ki, Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.

Məktəb çempionatı  ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.

Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


19 Sent 2019
Elmi

Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən birinin yaradılmasının mümkün olması iddiası ilə çıxış edib. Söhbət Yer kürəsi və Ayı birləşdirən “körpü”dən gedir.

6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

3 Sent 2019
Elmi

Diş minasını bərpa edən gel hazırlanıb

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

3 Sent 2019
Elmi

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.