Bakı Avtovağzalında yeni nəqliyyat qovşağı istifadəyə verildi - Biletləri necə almalı?

Bakı Avtovağzalında yeni nəqliyyat qovşağı istifadəyə verildi - Biletləri necə almalı?
15 Apr 2019 13:06

Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.

BBAK-dan Realpress.az-a verilən məlumata görə, Nəqliyyat qovşağı 50 000 kv.m ərazini əhatə edir. 8500 kv.m ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib. 

 

Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli "Baku Crossway Hotel"i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.

Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. 

Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb. 

Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.

Nəqliyyat qovşağında Almaniyanın "SAP"şirkəti  ilə birgə həyata keçirilən  pilot layihə çərçivəsində "SAP" texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.

"Cisco" şirkəti ilə reallaşdırılan "Ağıllı şəhər" pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.

Sərnişinlər biletləri BBAK-ın, "Silkway" turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə "www.avtovagzal.az" saytından əldə edə bilərlər.

Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb.  Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.




7 Dek 2019
Cəmiyyət

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı

Dünən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Nəticədə bir gün ərzində bütün ölkə ərazisində 650 mindən çox ağac əkildi. Bununla da hər birimizin gözü önündə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı. Özü də bu tarix nəinki Azərbaycana, bütün bəşəriyyətə örnək oldu, fayda və töhfə verdi.

7 Dek 2019
Cəmiyyət

Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - VİDEO

Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı bu ilin noyabrında tamam olub.

7 Dek 2019
Cəmiyyət

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

Bakıda Yeni il münasibətilə bayram yarmarkaları fəaliyyətə başlayıb.