Böyük Britaniyada “5G” şəbəkəsi inəklər üzərində sınaqdan keçirilir

Böyük Britaniyada “5G” şəbəkəsi inəklər üzərində sınaqdan keçirilir
15 Apr 2019 11:25

ABŞ-ın “Cisco” şirkəti Böyük Britaniyanın dövlət kənd təsərrüfatı maşınqayırma innovasiya mərkəzi ilə birgə heyvandarlıq fermalarından birində “5G” mobil rabitə şəbəkəsini sınaq rejimində istifadəyə verib. Bu haqda “Reuters” xəbər agentliyi məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, layihəyə əsasən, inəklərin yerini, həmçinin sağlamlığı haqqında məlumatları real vaxt rejimində əldə etmək üçün onlar “5G” şəbəkəsini dəstəkləyən qulaq birkaları ilə təchiz ediliblər.
 
Bundan başqa, inəklər internetə çıxış imkanına malik boyunluq ilə təchiz ediliblər. Bu üsulla avtomatik sağım maşınlarının daha dəqiq işləməsini təmin etmək olar.
“5G” (fifth generation) – bu, məlumatları yüksək sürətdə ötürməyə imkan verən beşinci nəsil mobil rabitə texnologiyasıdır. Sürət üzrə rekord (15 Qbit/san) İsveçdə təyin edilib. Bu, simsiz şəbəkədən 40 dəfə daha sürətlidir. İstehsalçıların sözlərinə görə, sürəti 20 Qbit/s-dək artırmaq mümkündür. Bu, məsələn, 8K (Ultra HD) təsvir ölçülü onlayn videonu yayımlamağa imkan verəcək.

Realpress.az


20 Sent 2019
İT

2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna görə, 2020-ci ildə beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcmi 260 milyona yaxınlaşacaq. 2019-cu ildə “5G”-aparatların tədarük həcmi 11,4 milyon səviyyəsində gözlənilir.

20 Sent 2019
İT

“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda çatıb. Bu barədə “Ovum” analitik şirkətinin sahə üzrə “5G Americas” Assosiasiyasına istinadən məlumatında deyilir.

20 Sent 2019
İT

Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri ehtimala əsaslanan kompüter sxemi üzrə işləyən ilk qurğu təqdim ediblər. Bu haqda “Science Daily” nəşri yazıb. 

20 Sent 2019
İT

"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

20 Sent 2019
İT

“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

"Facebook" şirkəti televizordan "Messenger" və "WhatsApp" proqramları vasitəsilə videozənglər etməyə imkan verən "Portal TV" qurğusunu təqdim edib. Sözügedən qurğu səsli idarəetməni dəstəkləyir.