Ömürlük məhbuslar da pensiya alma hüququndan istifadə edəcək

Ömürlük məhbuslar da pensiya alma hüququndan istifadə edəcək
12 Fev 2019 15:26

Əmək Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin sosial təminatının və əmək pensiyasına çıxmasının yeni qaydaları müəyyənləşib.

Realpress.az xəbər verir ki, adı çəkilən Məcəllələrə dəyişiklik məsələsi parlamentin bu gün keçiirlən iclasında müzakirə olunaraq qəbul edilib.
Bununla bağlı olaraq Məcəllənin 90-cı maddəsinə aşağıdakı dəyişiklilər nəzərdə tutulub.

“90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 
90.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə sosial müavinətlərin təyin edilməsi şərtləri və qaydası "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 

90.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi şərtləri və qaydası, həmçinin qadın məhkumların hamiləliyə və doğuşa görə müavinətlə təmin olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 
90.4. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.".
Məcəlləyə dəyişiklik müzakirə olunaraq qəbul olunub.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.