Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO

Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO
11 Fev 2019 11:59


Azərbaycanın Xalq artisti Azərin bir çox həmkarlarına örnək olacaq addım atıb.

realpress.az xəbər verir ki, Azərin (Anaxanım Tağıyeva) Türkiyənin sevilən sənətçisi Başkal ilə Xocalı soyqırımının ildönümünə həsr olunan “Ah Karabağ” adlı duet ərsəyə gətirib.

Sözügedən əsər “Youtube”un “Gramofon Müzik” hesabına ötən gün yerləşdirilib

Qeyd edək ki, Başkal Azərbaycanı çox sevdiyindən millət vəkili Qənirə Paşayevanın dəvətilə bir müddət öncə Azərbaycanda olub, cəbhə bölgəsində əsgərlər qarşısında konsertlər verib. Türkiyəli sənətçi bu əsəri illər öncə tək ifa edib.

Daha sonra onu duet şəklində ifa etmək üçün o Azərinə müraciət edib. Bəstənin mövzusundan xəbərdar olan Azərin Qarabağa, Xocalıya həsr olunduğuna görə tərəddüd etmədən Başkala razılıq verib. 

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Başkalın özünə aiddir. Layihənin ideya müəllifi Cavid Abidovdur.


18 Okt 2019
Şou-biznes

Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir

Dünən premyerası keçirilən "Sonuncu Pərdə" filmində məşhur meyxanaçı Namiq Qaraçuxurlunun qardaşı da rol alıb. 

18 Okt 2019
Şou-biznes

Əməkdar artist Damlanı tənqid etdi – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Kəmalə Müzəffər olub.

18 Okt 2019
Şou-biznes

“Netflix” tarixinin ən populyar serialının adı açıqlandı

“Netflix” tarixinin ən populyar serialının adı açıqlandı

18 Okt 2019
Şou-biznes

Samiraldonun 26 il əvvəlki fotosu hər kəsi mat qoydu - FOTO

Ekstravaqant stilist Samiraldo 26 il əvvəl çəkilən fotosunu paylaşıb.