Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB

Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB
11 Fev 2019 11:30


Sumqayıt-Bakı qatarının hərəkətində texniki problem yaranıb.

Realpress.az-ın məlumatına görə, bu gün Sumqayıt Dəmiryolu Stansiyasından səhər saat 08:00-da çıxmalı olan qatar yaranmış problem səbəbindən xəttə buraxılmayıb.

Faktı realpress.az-a təsdiq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova xətlərdə heç bir problemin olmadığını qeyd edib:

“Qatarın özündə texniki problem yaranıb. Xətlərdə heç bir problem yoxdur. Yaranmış problemin səbəbi araşdırılır. Texniki nasazlıq səbəbindən 6008 №-li elektrik qatarının hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib. Sərnişinlər qrafik üzrə 08:48-də hərəkət edən qatarla Bakıya yola salınıblar. Sumqayıt-Bakı istiqamətində işləyən digər qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur. Qatarlar qrafik üzrə hərəkət edəcək”.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.