Sarı gəlin xalq mahnısı beynəlxalq festivalda səsləndirildi

Sarı gəlin xalq mahnısı beynəlxalq festivalda səsləndirildi
15 Sent 2018 10:30

Astanada müasir etnik musiqi və rəqs festivalı keçirilir.

Realpress.az xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə Astana şəhərinin 20 illik yubileyi çərçivəsində təşkil olunan festivala Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Hindistan, Gürcüstan, Latviya, Kanada, ABŞ, Rusiya və İrlandiyadan rəqs qrupları və ifaçılar, dünyanın tanınmış DJ-ləri qatılıblar.

Azərbaycanı bu festivalda Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu təmsil edir.

Festival Azərbaycan zərb musiqisinə böyük töhfə verən və bu sənətdə yeni tendensiyalar, yeni musiqi standartları yaradan “Natiq” ritm qrupunun ifaları ilə başlayıb. Natiq Şirinov Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i müasir improvizədə ifa edib.

Festivalda musiqiçilər etnik motivlər və qarışıq rəqs kompozisiya elementləri ilə müasir elektron musiqinin unikal sintezini təqdim ediblər. Gürcü rəqsi qazax, qazax rəqsi Hindistan, irland stepi isə Özbəkistan motivləri altında ifa olunub.

Festivalın təşkilatçısı olan “The Spirit of Tengri” müasir etnik musiqi janrında dünyanın ən böyük layihələrindən biri sayılır.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.