Azərbaycanlı xanəndə beynəlxalq muğam forumunun birincisi olub

Azərbaycanlı xanəndə beynəlxalq muğam forumunun birincisi olub
11 Sent 2018 12:15

Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Forumun qonaqları arasında Türkiyənin mədəniyyət və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan prezidentinin müşaviri Sultan Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekzoda da olub.

Bu musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov daxildir.

Azərbaycandan gələn xanəndələr muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla qarşılanıb.

Forumun baş mükafatı “Qran-Pri” Tacikistan Muğam Akademiyasına verilib.

Birinci yeri “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı tutub. İkinci yerə İran və Hindistan musiqiçiləri layiq görülüb. Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri üçüncü yerə sahib olub.

Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib.

Konfransa 20 ölkənin musiqiçi alimləri qatılıb. Lalə Hüseynovanın “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Fəxrəddin Baxşəliyevin isə “Şərq muğam sistemində temperasiya məsələləri” mövzularındakı məruzələri maraqla dinlənilib.

Lalə Hüseynova Forumdakı çıxışında bildirib ki, son illər ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə böyük dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz tərəfindən yaşadılır.

Forumun mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini söyləyən Fəxrəddin Baxşəliyev deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.

Forum çərçivəsində yerli və xarici ifaçıların solo muğam konsertləri olub. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı keçirilib.

Konfrans çərçivəsində “Buxara şaşmakomi”, “Özbək muğamları” və “Xarəzm dutar muğamları” kitablarının təqdimatı da olub.

Forumun yekunu ilə bağlı keçirilən mətbuat konfransında fəxri qonaqlar öz ölkələrində muğam sənətinə verilən dəyərdən danışıblar. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinə göstərilən qayğıdan söhbət açıb. Nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə çoxsaylı mədəniyyət tədbirləri keçirilir, iki ildən bir Beynəlxalq Muğam Festivalı təşkil edilir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.