Mənzurə Musayeva: "Təklik adamı bezdirir" — MÜSAHİBƏ

Mənzurə Musayeva: "Təklik adamı bezdirir" — MÜSAHİBƏ
29 May 2018 16:00

- Mənzurə xanım, hazırda hansı bəstəkarlarla işləyirsiniz?

- Xoşuma gələn mahnıları oxuyuram. Çünki indi fərli mahnı ortalığa çıxardan yoxdur. İndi Tofiq Quliyev, Cahangir Cahangirov kimi bəstəkarlar yoxdur.

- Tofiq Quliyev sağ olanda onun bəstələrindən oxumusunuz?

- Mən onun dövründə olmamışam, amma mahnılarını oxumuşuq.

- Tofiq Quliyev 2000-ci ildə vəfat edib.

- Mahnılarını oxumuşuq və istəyirik ki, indi də elə bəstəkarlar olsun.

- İndi də Vaqif Gərayzadə, Faiq Sücəddinov, Eldar Mansurov var.

- Onlar Tofiq Quliyev kimi yazmır, hərənin öz janrı var.

- Təbii ki, Tofiq Quliyev də onlar kimi yazmırdı.

- Yəni, bizim ruhumuzda mahnı yazılmır. Mahnı janrı təkcə lirikadan ibarət deyil. Xalqın nəbzini tutub oxumaq lazımdır. Lirikanın da öz yeri var. Mən muğam sinfini bitirmişəm, Sumqayıt Musiqi Kollecində müəllimə işləyirəm. "Tello" folklor ansamblıyla AZTV-də yarım saat çıxış edirdim. O vaxt hər adam yarım saat dövlət televiziyasında oxuya bilmirdi. Baxırsan ki, indi başqası toya on minə gedir, sən yenə də öz yerinə qalmısan.

- Siz toya neçəyə gedirsiniz ki?

- Hər halda onlardan ucuz gedirəm. Belə olanda mahnı janrına müraciət edirsən. İstəyirsən ki, sənin də mahnın xalq arasında sevilsin. İstəyirəm ki, toya gedəndə öz mahnılarımı sifariş versinlər.

- Sifariş verilir?

- Bəli, "Dünya sevənlərindir", "Yarım gözləyir məni", Səyyad Əlizadəylə duet oxuduğumuz "Dolanım başına", "Deyin ona", "Ölə bilərəm" və son zamanlar ifa etdiyim "Davulçu" mahnısını məndən istəyirlər. Son mahnıdan davulçular pul qazanırlar, mən qalmışam kənarda. Mən 1990-cı ildə keçirilən Beşinci Respublika Muğam Festivalının laureatıyam.

- Sizinlə eyni yaş nəslinin nümayəndələri-Aygün Bayramova, Nəzakət Teymurova eyni istiqamətdə davam etdilər, dövlət tərəfindən də qiymətləndirildilər...

- Ona elə xoşdur, elə edir də. İndi hər kəsi qiymətləndirirlər. Janrın fərqi yoxdur. Ürəkləri istəyənə ad verirlər.

- Azərbaycanı xarici ölkələrdə təmsil etmisinizmi?

- Bəli, "Tello" folklor ansamblıyla gəzmədiyimiz ölkə qalmayıb. Muğamları, xalq mahnılarımızı, əsas olan kökü bilirəm və hər bir janrda da oxuyuram.

- Aşıq Əliylə münasibətiniz necədir?

- Yaxşı.

- Deyəsən zahiri görünüşüylə bağlı etdiyinz tənqid xoşuna gəlməmişdi.

- Amma indi özü arıqlayıb.

- Sizə niyə şəxsi həyatla bağlı bu qədər sual verirlir? Məsələn, açıqlamalarınızdan birində demişdiniz ki, vəzifəli insanlardan evlilik təklifləri alırsınız.

- Həmişə axırıncı sualı şəxsi həyatımdan verirlər. Soruşurlar ki, niyə ailə qurmursunuz? Həyatımı demək olar ki, hamı bilir də. Ailə qurmuşam, övladım olmayıb, qardaşımın qızını saxlamışam, bu yaxınlarda da ailə qurub. Əslində, düz deyirlər ki, niyə ailə qurmuram? Çünki təklik adamı bezdirir. Təkliflərim çoxdur, o qədər də eybəcər deyiləm. Adamın gərək bəxti, taleyi gətirsin.

- Bildiyimə görə keçmiş həyat yoldaşınız sizinlə barışmaq istəyib, qəbul etməmisiniz.

- İndi də barışmaq istəyir. Ancaq onu heç vaxt bağışlamaram. Çünki mənə çox pislik edib.

- Yəni?

- Ayrılandan da kişi kimi ayrılarlar.

- Bəlkə haqqınızda xoşagəlməz ifadələr işlədib?

- Haqqımda kimsə bir kəlmə pis söz deyə bilməz. Ən azından mən xanımam və biz ayrılanda üç mağazamız, evimiz var idi. Bəlkə mənim imkanım olmayaydı, pis yola düşəydim. Məhkəmədə bildim ki, birlikdə qazandıqlarımız başqa adamların adındadır. Mən ona çox inanmışam.

- Neçənci ildə ayrılmısınız?

- 2002-ci ildə özüm ayrılmışam.

- Hazırda ünsiyyətiniz var?

- Yolda görəndə salamlaşırıq. Əslində, əvvəl düşmən kimiydim. Sadəcə, özü əlaqələri bərpa etdi. Hazırda ailəlidir, övladı da yoxdur. Ən azından ayrılanda kişilik missiyasını yerinə yetiməliydi. Düşünməliydi ki, mən nəyəsə görə pis yollara düşə bilərəm. Ayrılanda bir otaqlı mənzil satıldı, pulu bölündü. Qalan hər şey ona qaldı. Anam dedi ki, bala, elə bilərəm sən də məcburi köçkünsən, təzədən özünə ev qur, başını saxla.

- On altı ildir təksiniz...

- Bəli, təkəm və təkliflərim də çoxdur. Özüm ailə qurmaq istəmirəm.

- Sizi saf və sadəlövh insan kimi xarakterizə edirlər...

- Elə ona görə başıma bu işlər gəlib. Nəyim var ortadadır. Bilmirəm ki, necəsə görünmək də olar. Əsas odur ki, Allahım heç vaxt məni tək qoymayıb, öz ruzimi yetirib. Başqa yollara əl atmağa məcbur olmamışam. Bu gün də xoşbəxtəm (Söhbətin bu yerində Mənzurə xanım kövrəlir və danışa bilmədiyi üçün müsahibəmizi məcburən yekunlaşdırırıq)



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.