Sabah Bakıya yağış yağacaq - 06.11.2026

Sabah Bakıya yağış yağacaq - 06.11.2026
05 Noy 2026 12:36

Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi, gecə saatlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.


11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.