Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunub (FOTO)

Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunub (FOTO)
05 Noy 2026 12:09

8 Noyabr – Zəfər Günü ərəfəsində Laçın rayonunda yaşayan şəhid ailələrinə baş çəkilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, ziyarətlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov, müvafiq qurumların əməkdaşları və bir sıra təşkilatların nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin ailəsini ziyarət ediblər. Şəhidin həyat yoldaşı Afət Novruzova ilə söhbət zamanı onun Vətən qarşısındakı xidmətləri və qəhrəmanlıq yolu yad edilib, ailənin qayğıları ilə maraqlanılıb.

Görüşdə Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən bəhs olunub. Qeyd edilib ki, Zəfər minlərlə Vətən övladının canı və qanı, Azərbaycan əsgər və zabitlərinin igidliyi və rəşadəti hesabına əldə edilib.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin ailəsinə baş çəkilib. Həyat yoldaşı Hökumə Şahverdiyeva ilə görüşdə Milli Qəhrəmanın döyüş yolu və Vətən qarşısındakı xidmətləri xatırlanıb, ailənin qayğıları dinlənilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Gün ərzində Laçında yaşayan digər şəhid ailələri də ziyarət olunub, onlarla görüşlər keçirilib və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.