Azərbaycanda bu sosial müavinətlər kəskin artırılacaq

Azərbaycanda bu sosial müavinətlər kəskin artırılacaq
05 Noy 2026 11:37

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsi üçün 280,63 milyon manat vəsait nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu məbləğ 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 77,06 milyon manat və ya 37,85 faiz çoxdur.

Gələn il sözügedən vəsait aşağıdakı müavinətlərin ödənilməsinə yönəldiləcək:

- Uşağın anadan olmasına görə müavinət – 84 milyon manat;

- Hamiləliyə və doğuma görə müavinət – 77,34 milyon manat;

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət – 47,38 milyon manat;

- Dəfn üçün müavinət – 50,5 milyon manat;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət – 21,39 milyon manat.

Sənəddəki proqnozlara əsasən, 2027-ci ildə uşağın anadan olmasına görə 56 004 nəfərin müavinət alacağı və hər uşaq üçün ödənişin 1 500 manat təşkil edəcəyi gözlənilir.

Dəfn üçün müavinət alanların ümumi sayının 42 879 nəfər olacağı proqnozlaşdırılır. Bu məqsədlə sığortaolunanlar üzrə bir nəfərə düşən orta müavinət məbləği 700 manat, pensiyaçılar üzrə isə 1 200 manat müəyyənləşdirilib.

Üç yaşınadək uşağa qulluğa görə müavinət alanların sayının 24 870 nəfər olacağı gözlənilir. Bu istiqamət üzrə bir nəfərə düşən aylıq müavinət məbləği 100 manat nəzərdə tutulub.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alanların sayının 37 538 nəfər olacağı proqnozlaşdırılır. Bu kateqoriya üzrə bir nəfərə düşən günlərin orta sayı 23,6, bir iş gününə düşən orta gündəlik qazanc isə 53,50 manat hesablanıb.

Hamiləliyə və doğuma görə müavinət alanların sayının isə 19 599 nəfər təşkil edəcəyi gözlənilir. Bu müavinət üzrə bir nəfərə düşən günlərin orta sayı 78, bir iş gününə düşən orta gündəlik qazanc isə 50,57 manat proqnozlaşdırılıb.


11 Noy 2026
Siyasət

Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

11 Noy 2026
Siyasət

Ərdoğan COP təcrübəsini bölüşdüyü üçün Azərbaycana təşəkkür edib

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.

11 Noy 2026
Siyasət

Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.

11 Noy 2026
Siyasət

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.