Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bizim.Media xəbər verir ki, avronun məzənnəsi 0,27 % artaraq 1,9148 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,07 % azalaraq 2,0782 manat təşkil edib.
6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.