Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Turnirdə 71 klub və idman cəmiyyətindən 587 cüdoçu (483 oğlan, 104 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında Azərbaycan birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.
Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.