Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video

Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
05 Noy 2026 10:24

Baku TV 44 günlük Vətən müharibəsinin şəhidi Bilal Qənbərov haqqında reportaj hazırlayıb.

Reportajda şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin dostu Fərid Həsənov Bilalın ən böyük arzularından birinin Şuşaya bayraq sancmaq olduğunu bildirib:

 

 

"Hadrutda ayağından yaralanmışdı, yeriyə bilmirdi. Ona ordumuzun da, dövlətimizin də güclü olduğunu, bu vəziyyətdə döyüşü davam etdirməsinə ehtiyac olmadığını dedim. Amma Bilal: "Yox, bir şey qalmayıb. Şuşaya bayraq sancıb qayıdacağam", - dedi".

F.Həsənov bildirib ki, müharibədən qayıtdıqdan sonra ilk olaraq Bilalın ailəsini ziyarət edib.

"Bilalın anası ilə öz anamdan daha çox danışıram. Onu yaşada bilmədik, Bilal ən böyük zirvəyə ucaldı. Qızından Bilalın ətrini duyanda düşündüm ki, onun ruhu qızının bədənində yaşayır", - deyə Fərid Həsənov əlavə edib.

Şəhidin əmisinin həyat yoldaşı Fatma Qənbərova isə Bilalın şəhid olması xəbərini almamışdan əvvəl gördüyü yuxudan danışıb:

"Yuxuda gördüm ki, kimsə piano çalır, mən də onun yanında dayanmışam. Sonra kimsə mənə dedi ki, piano çalmasınlar, şəhid gəlir. Arxaya baxanda bayrağa bükülmüş tabut gördüm. Səhəri gün isə bu xəbəri eşitdim".


11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.