Prezident İlham Əliyevə təbriklər gəlir

Prezident İlham Əliyevə təbriklər gəlir
05 Noy 2026 09:23

ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Zati-aliləri.

8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.

Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən böyük məmnunluq duydum. Bakıda Zati-aliniz tərəfindən qəbul olunmaq xüsusi şərəf idi. Bu görüş bizə ortaq prioritetlərimiz və ICESCO ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə dəyərli fikir mübadiləsi aparmaq imkanı yaratdı.

ICESCO ilə Azərbaycan Respublikası arasındakı səmimi və konstruktiv münasibətlər yüksək qiymətləndirilir. Bu, təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması, həmçinin xalqlar və sivilizasiyalar arasında dialoqun inkişafı sahəsindəki davamlı əməkdaşlığımızda öz əksini tapır. Əminəm ki, bu tərəfdaşlıq dərinləşərək təsir dairəsini genişləndirəcək, üzv dövlətlərimizə xidmət edən və daha dinc, harmoniyalı bir dünyaya töhfə verən birgə təşəbbüslər üçün yeni yollar açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, dost Azərbaycan xalqına bir daha davamlı sülh, rifah və firavanlıq arzulayıram".


11 Noy 2026
Siyasət

Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

11 Noy 2026
Siyasət

Ərdoğan COP təcrübəsini bölüşdüyü üçün Azərbaycana təşəkkür edib

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.

11 Noy 2026
Siyasət

Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.

11 Noy 2026
Siyasət

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.