Vətən müharibəsinin 40-cı günü: Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilir - Video

Vətən müharibəsinin 40-cı günü: Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilir - Video
05 Noy 2026 09:01

2020-ci il noyabrın 5-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırxıncı günü.

Oxu.Az xatırladır ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edir. Goranboy, Tərtər, Ağdam və Ağcabədidəki yaşayış məntəqələrimizi və mövqelərimizi atıcı silahlardan atəşə tutan düşmənə Ordumuz ağır zərbələr endirir.

Ermənistan ordusunun hücumlarının, Zəngilan rayonu ərazisində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınır. Düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkməyə məcbur edilir. Döyüş meydanında atıb qaçdıqları hərbi texnikalar qənimət götürülür.

Ermənistan ordusu yenidən mülki obyektləri və dinc sakinlərimizi hədəf alır. Səhər saatlarında Ağcabədinin Qiyaməddinli kəndinə dörd mərmi atılır. Gün ərzində isə fasilələrlə Tərtər rayonunun Səhləabad kəndi, Tərtər şəhəri, Ağdamın Hacıturalı və Əfətli kəndləri artilleriya atəşinə tutulur.

Təbii ki, ordumuz bütün bunların cavabını yenə də ön cəbhədə verir. Düşmənin Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən bir komandir, bir rabitə avtomobili, şəxsi heyət və sursatla dolu iki ədəd "KamAZ" maşını və qoşqusunda top olan üç ədəd "Ural" maşını tamamilə məhv edilir.

Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulur. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar olur. Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılır, artilleriya qurğuları tam sıradan çıxarılır.

Həmin gün Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Azərbaycan Ordusunun üstünlüyündən danışır:

 

 

"Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik".

Beləliklə, müharibənin qırxıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.


11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.