Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatıb - Foto

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatıb - Foto
04 Noy 2026 16:32

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası "Zəfərlə İrəli" minifutbol turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.

"Bakı 2026 - Dünyanın İdman Paytaxtı" seçilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında rayon və şəhər olmaqla 2 mərhələdən ibarət futbol turnirinin əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1300-ə yaxın yeniyetmə idmançının yer aldığı 112 komanda iştirak edib.

Turnirin birinci mərhələsi oktyabrın 30-na kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində populyar müğənni Elnarə Xəlilova və "Döngə" qrupu iştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Nizami rayonunun komandası Qaradağ rayonunun komandası görüşüblər. 4:3 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub. Üçüncü yerə Xəzər rayonunun komandası çıxıb.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

 

 


11 Noy 2026
Siyasət

Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

11 Noy 2026
Siyasət

Ərdoğan COP təcrübəsini bölüşdüyü üçün Azərbaycana təşəkkür edib

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.

11 Noy 2026
Siyasət

Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.

11 Noy 2026
Siyasət

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.