Xaçmazda Zəfərin 6-cı ildönümünə həsr olunmuş kütləvi ağacəkmə aksiyası keçirilib (FOTO)

Xaçmazda Zəfərin 6-cı ildönümünə həsr olunmuş kütləvi ağacəkmə aksiyası keçirilib (FOTO)
04 Noy 2026 15:28

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı möhtəşəm Qələbənin altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.


Yalama kəndi ərazisində təşkil edilən ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Vətənpərvərlik və ekoloji mədəniyyət nümunəsi olan aksiya çərçivəsində Yalama kəndi ərazisində 500-ə yaxın qoz və zeytun tingi əkilib. Tədbir iştirakçıları həm rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verib, həm də Zəfərin 6-cı ildönümünü xatirə ağaclarının əkilməsi ilə rəmzləşdiriblər.

11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.