Bişkekdə keçirilən “Data Protection Forum 2026” beynəlxalq forumu çərçivəsində Azərbaycanın Milli Kibertəhlükəsizlik Agentliyi ilə Qırğız Respublikasının Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Qurum rəhbərləri tərəfindən imzalanmış sənəd fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın inkişafını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqini nəzərdə tutur. Memorandum, həmçinin fərdi məlumat subyektlərinin hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsini əhatə edir.
Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyini Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib.
O, müzakirələr zamanı süni intellektin inkişafı fonunda fərdi məlumatların mühafizəsi və rəqəmsal etimadın təmin olunması istiqamətində Azərbaycanda həyata keçirilən işlər barədə məlumat verib.
Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.
Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub.
COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.