İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik olacaq

İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik olacaq
04 Noy 2026 13:34

"BakıKart" və Mastercard-ın birgə həyata keçirdiyi yeni kampaniya çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə cəmi 1 qəpik ödəyəcəklər.

Kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.

Milli.Az xəbər verir ki, kampaniyanın şərtlərinə əsasən, sərnişinlər üç gedişi standart tariflə etdikdən sonra dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından cəmi 0,01 AZN tutulur.

Qeyd edək ki, güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.
Bir kart üzrə təqvim ayı ərzində maksimum 5 dəfə 1 qəpiklik gediş imkanından yararlanmaq mümkündür.

Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə edilməlidir.

Bu təşəbbüs ictimai nəqliyyatda təmassız ödənişlərin təşviqinə, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına və daha sərfəli ödəniş imkanlarının yaradılmasına xidmət edir.

"BakıKart" sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni texnoloji həllərin tətbiqini və tərəfdaşlarla birgə güzəştli kampaniyaların həyata keçirilməsini davam etdirir.


11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.