Bu ilin 9 ayında "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 21 milyon barel) kondensat hasil edilib.
"Report" xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 2 milyard 2 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 78 milyon dollar əsaslı xərclər çəkilib.
Məlumata əsasən, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetrdir.
6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.