İki azərbaycanlı qardaş - İmran və İbrahim Novruzilər beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar.
Oxu.Az xəbər verir ki, Azərbaycanı beynəlxalq arenada təmsil edən qardaşlar 31 oktyabr - 1 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında iştirak ediblər.
16 ölkənin iştirak etdiyi beynəlxalq yarışda 4-cü sinifdə oxuyan 9 yaşlı İmran Novruzi öz kateqoriyası üzrə I yerə, kiçik qardaşı, 2-ci sinifdə oxuyan 7 yaşlı İbrahim Novruzi isə öz kateqoriyası üzrə superçempion adına layiq görülüblər.
İbrahim həmçinin qazandığı nəticəyə görə pul mükafatı əldə edib.
6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.