Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə yağıntılar intensivdir. Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Balakəndə 16, Lerik, Oğuzda 14, Lənkəran, Beyləqan, Qəbələdə 13, Cəlilabad, Astarada 12, Ordubadda 10, Zaqatala, Yardımlıda 9, Ağstafa, Tovuz, Zərdab, Qaxda 8, Ağdam, İmişli, Mingəçevirdə 7, Şəki (Kişçay), Sabirabad, Yevlaxda 6, Tərtər, Goranboy, Sədərək, Şahbuz, Naxçıvanda 5, Biləsuvar, Bərdə, Naftalan, Kürdəmir, Daşkəsəndə 4, Şəmkir, İsmayıllı, Şamaxı, Göyçay, Cəbrayıl, Gədəbəy, Şuşa, Şərur, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Kəlbəcər, Füzuli, Neftçalada 2, Qobustan, Xızı, Qusar, Quba, Qrız, Xaltan, Xınalıq, Şirvan, Xaçmaz, Göygöl, Qazax, Zəngilan, Gəncədə 1 mm-dək qeydə alınır.
Qubadlı, Laçın, Xankəndi, Xocalıda da arabir yağış yağıb.
Kəlbəcər, Şuşa, Xankəndi, Qubadlı, Laçın, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qax (Sarıbaş), Zaqatala, Şəki, Xaltan, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.