Ərdoğan: "Qarşıdakı dövrü Türk əsri elan edəcəyik"

Ərdoğan: "Qarşıdakı dövrü Türk əsri elan edəcəyik"
30 Okt 2026 10:12

"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik".

Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü münasibətilə Beştəpədə keçirilən rəsmi şam yeməyində çıxışı zamanı deyib.

Ərdoğan TDT-yə üzv və qardaş ölkələrin nümayəndələri ilə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə edib.

O, çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və nümayəndə heyətlərinə təşəkkür edib.

Ərdoğanın sözlərinə görə, 86 milyon insanın ortaq əsəri və ümumi damı olan Türkiyə bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə uğur qazanmağa davam edir.

"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik. Hədəflərimizlə aramıza girməyə çalışanları zərərsizləşdirməkdə eyni qətiyyəti nümayiş etdirəcəyik", - deyə Türkiyə prezidenti bildirib.


11 Noy 2026
Dünya

Dünyada neft hasilatı 2027-ci ildə artacaq - EIA

Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.

11 Noy 2026
Dünya

Rusiya Ukrayna ilə ən böyük əsir mübadiləsini razılaşdırıb

Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Mübadilənin yaxın iki-üç həftə ərzində baş tutacağı gözlənilir.

11 Noy 2026
Dünya

Avstraliya Sakit okean ölkələri üçün iqlim maliyyələşdirilməsi mexanizminin yaradılmasını dəstəkləyib

Avstraliya regionun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini (Pacific Climate Financing Mechanism) fəal şəkildə dəstəkləyir.

11 Noy 2026
Dünya

İsraildə zəlzələ olub

İsrailin cənubunda, Eylat kurort şəhəri yaxınlığında zəlzələ baş verib.

11 Noy 2026
Dünya

Şavkat Mirziyoyev və TDT baş katibi təşkilatın sammitə hazırlığını müzakirə edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvohid Azimovla təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib.